satellite   Azerspace-1: 11135 H 30000

İranda üç qadın jurnalist saxlanılıb

İranda üç qadın jurnalist saxlanılıb

İranda üç qadın jurnalist saxlanılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Jamaran”a istinadən xəbər verir ki, bu barədə İran Jurnalistləri Həmkarlar Birliyi məlumat yayıb.

Bildirilib ki, Melika Haşimi, Səidə Şafii və Mehrnuş Zarii adlı jurnalistlər Tehranda tutulublar. Məlumata görə, onlar Tehrandakı Evin adlı həbsxanada saxlanılır. Jurnalistlər rejim əleyhinə “təbliğat aparmaq və milli təhlükəsizliyi təhdid etmək”də ittiham olunurlar.

İran insan hüquqları fəallarının məlumatına görə, 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyaları zamanı 79 jurnalist tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM