satellite   Azerspace-1: 11135 H 30000

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun növbəti iclasının vaxtı məlum olub

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun növbəti iclasının vaxtı məlum olub

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun növbəti, doqquzuncu görüşü bu ilin fevral ayında keçiriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oliksiy Reznikov tviterdə yazıb.

Onun sözlərinə görə, hər görüşdə müttəfiqlərin Ukraynaya inamı daha da artır: “Bu, əsgərlərimizin gərgin səyləri nəticəsində mümkün olur. Daha çox inam daha çox silah deməkdir. Torpağımızı, dənizimizi və səmamızı qorumaq üçün növbəti toplantı fevralda baş tutacaq".

Görüşün təfərrüatları açıqlanmayıb.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezident Ofisindən növbəti iclasın fevralda keçiriləcəyi və aviasiya məsələlərinin müzakirə ediləcəyi bildirilmişdi.

Qeyd edək ki, Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun sonuncu iclası yanvarın 20-də keçirilib. Həmin toplantıda "F-16" qırıcılarının Ukraynaya təhvil verilməsi müzakirə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM