satellite   Azerspace-1: 11135 H 30000

Şaxtalı hava Əfqanıstanda iki həftə ərzində 104 nəfərin həyatına son qoyub

Şaxtalı hava Əfqanıstanda iki həftə ərzində 104 nəfərin həyatına son qoyub

Güclü qar və şaxta Əfqanıstanda iki həftə ərzində uşaqlar və qadınlar da daxil olmaqla, 104 nəfərin həyatına son qoyub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bu barədə Təbii Fəlakətlərlə Mübarizə və Humanitar Məsələlər Nazirliyinin nümayəndəsi Şəfiulla Rəhimi bildirib.

Əfqanıstanda istilik sistemi mövcud deyil, insanlar isinmək üçün çox vaxt kömür, odun və ya maye qazdan istifadə edirlər. Bu da bir çox hallarda qaz və ya karbon oksidinin sızmasından insan ölümünə səbəb olur.

Yanvarın əvvəlindən Əfqanıstanın bəzi rayonlarında kəskin soyuq hava şəraiti müşahidə edilir. Nəticədə temperatur mənfi 30 dərəcəyədək düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM