satellite   Azerspace-1: 11135 H 30000

Filippində daşqın qurbanlarının sayı 38 nəfərə yüksəlib

Filippində daşqın qurbanlarının sayı 38 nəfərə yüksəlib

Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 38 nəfər ölüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu barədə ölkənin Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şurasının dərc olunmuş hesabatında qeyd olunub.

Bildirilib ki, 5 nəfər itkin düşüb. Məlumata görə, daşqınlar ölkənin 14 regionunda 1,94 milyondan çox filippinliyə ziyan vurub. Bundan əlavə, daha 116,6 min sakin təxliyə edilməli olub.

Sel 306 yola, 65 körpüyə və 35 dəniz limanına ziyan vurub, 622 şəhərdə məktəblər və fabriklər müvəqqəti bağlanıb, 84 yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM