Ukrayna ordusu Rusiyanın daha 690 hərbçisini məhv edib

Ukrayna ordusu Rusiyanın daha 690 hərbçisini məhv edib

Ukrayna müdafiəçiləri ötən sutka ərzində Rusiyanın 690 hərbçisini zərərsizləşdirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı UNIAN yayıb.

Bununla da Rusiyanın ümumi canlı qüvvə itkisinin sayı 122 170 nəfərə yüksəlib.

Bildirilib ki, ötən sutka ərzində Rusiyanın digər döyüş itkiləri 2 tank, 8 zirehli maşın, 2 artilleriya sistemi, 1 reaktiv yaylım atəşi sistemi, 2 qırıcı, 4 helikopter, 3 PUA, 8 avtomobil və bir xüsusi hərbi texnikadan ibarətdir.

Qeyd edək ki, müharibə başlayandan indiyədək Rusiya Ukraynada 3 152 tank, 6 284 zirehli döyüş maşını, 2 148 artilleriya sistemi, 448 reaktiv yaylım atəşi sistemi, 289 qırıcı, 281 helikopter, 1897 PUA, 749 qanadlı raket, 18 gəmi və kater, 4 944 nəqliyyat vasitəsi və 194 xüsusi texnika itirib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM