İranda 3 tondan çox narkotik vasitə müsadirə olunub

İranda 3 tondan çox narkotik vasitə müsadirə olunub

İranın Fars vilayətində polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində 3 ton 100 kiloqram narkotik vasitə aşkar edilib.

NUHÇIXAN İnformasiya Agentliyi İran mətbuatına istinadla xəbər verir ki, bu barədə vilayətin polis idarəsinin nümayəndəsi Rəhimbəxş Həbibi bildirib.

Qeyd edilib ki, vilayətin Firuzəbad, Laristan, Darab və Niriz şəhərlərində keçirilən əməliyyatlarda narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan qrup üzvləri həbs edilib.

Vurğulanıb ki, Əfqanıstanla sərhəddən gələn avtomobillərlə keçirilən baxış zamanı onların əksəriyyətində narkotik maddələr aşkarlanıb.

Yerli mətbuat yazır ki, polisin əməliyyatlarına baxmayaraq, narkotik vasitələrin qaçaqmalçılığına, İran ərazisində satışına və ölkə ərazisindən tranzit keçərək başqa ölkələrə çatdırılmasına son qoymaq mümkün olmur. Bunun səbəbi ölkədə narkotik qaçaqmalçılığına yüksən səviyyədə himayədarlığın edilməsidir. Narkotik qaçaqmalçılığında külli miqdarda pul dövr etdiyi üçün onun tam qarşısını almaq bir çoxları üçün maraqlı deyil.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM