satellite   Azerspace-1: 11135 H 30000

Əfqanıstanda 157 nəfər soyuqdan donaraq ölüb

Əfqanıstanda 157 nəfər soyuqdan donaraq ölüb

Əfqanıstanda anomal soyuq hava şəraiti nəticəsində ən azı 157 nəfər donaraq ölüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı məlumat yayıb.

Bildirilib ki, temperaturun aşağı düşməsi nəticəsində ölənlərin sayı bir həftə ərzində iki dəfə artıb.

Qeyd edək ki, bundan əvvəl BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi Əfqanıstanda 565 min insana yardım paylamağa başladığını bildirmişdi.

Xatırladaq ki, Əfqanıstanda son vaxtlar ən soyuq qışlarından biri yaşanır. BMT-nin məlumatına görə, təxminən 30 milyon insanın (əhalinin təxminən üçdə ikisi) yardıma ehtiyacı var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM