satellite   Azerspace-1: 11135 H 30000

Pekində son 45 ilin ən güclü şaxtaları qeydə alınıb

Pekində son 45 ilin ən güclü şaxtaları qeydə alınıb

Çin paytaxtının meteorologiya xidmətləri yanvarın 25-də 1978-ci ildən bu yana ən güclü şaxtaları qeydə alıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Çin mediasına istinadla xəbər verir ki, son günlər Pekində şaxtalı hava şəraiti hökm sürür. Bu gün səhər saatlarında termometrlər mənfi 16,7 dərəcəni göstərib.

Bir müddət öncə ölkənin şimal-şərqində yerləşən Heyluntszyan əyalətinin Mohe şəhərində temperatur mənfi 53 dərəcəyə enib. Bu isə son 54 ilin rekord göstəricisidir. Belə ki, 1969-cu ildə havanın temperaturu mənfi 52,3 dərəcəyə düşmüşdü.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM