satellite   Azerspace-1: 11135 H 30000

“Pinocchio Guillermo del Toro” cizgi filmi “Oskar”a namizəddir

“Pinocchio Guillermo del Toro” cizgi filmi “Oskar”a namizəddir

“Ən yaxşı cizgi filmi” nominasiyasında “Oskar” mükafatına namizəd məlum olub. Bu, “Pinocchio Guillermo del Toro” cizgi filmidir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kino Sənəti və Elmləri Akademiyasının saytında canlı yayım zamanı elan edilib.

“Pinocchio Guillermo del Toro” daha əvvəl “Ən yaxşı animasiya filmi” nominasiyasında “Qızıl qlobus” mükafatını qazanmışdı. İtalyan yazıçısı Karlo Kollodinin “Buratinonun sərgüzəştləri” nağılı əsasında çəkilmiş cizgi filmi əsl oğlana çevrilən taxta oyuncağın başına gələnlərdən bəhs edir.

Doxsan beşinci dəfə təşkil olunacaq “Oskar” mükafatının təqdimat mərasimi martın 12-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM