satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Prezidenti Ukraynaya “Abrams” tanklarının veriləcəyini təsdiqləyib

ABŞ Prezidenti Ukraynaya “Abrams” tanklarının veriləcəyini təsdiqləyib

ABŞ Prezidenti Co Bayden Vaşinqtonun Ukraynaya “31 M1 Abrams” tanklarının verilməsi barədə qərar qəbul edildiyini təsdiqləyib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, o, bu barədə Ağ Evdəki çıxışı zamanı deyib.

C.Bayden bildirib: “Bu gün mən ABŞ-ın Ukraynaya 31 ədəd “Abrams” tankı göndərəcəyini elan edirəm. Bu, bir Ukrayna tank batalyonuna bərabərdir”.

Baydenin sözlərinə görə, “Abrams” tanklarının Kiyevə çatdırılması vaxt aparacaq, lakin ABŞ tezliklə Ukrayna Silahlı Qüvvələrinin ekipajlarını hazırlamağa başlayacaq.

Qeyd edək ki, bundan əvvəl Almaniya Ukraynaya “Leopard-2” tankları verəcəyini açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM