satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda 15 hərbçinin öldüyü yanğınla bağlı daha bir cinayət işi açılıb

Ermənistanda 15 hərbçinin öldüyü yanğınla bağlı daha bir cinayət işi açılıb

Ermənistanda hərbi hissədə 15 nəfərin ölümü ilə nəticələn yanğınla bağlı hərbi hissənin təminat rəisi barəsində cinayət işi açılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Ermənistan Respublikası Cinayət Məcəlləsinin 550-ci maddəsinin 3-cü bəndinə əsasən (hərbi xidmət zamanı məsuliyyətsizlik, ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanıb.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan, Qeqarkunik vilayətinin Azat kəndində yerləşən N saylı hərbi hissədə baş vermiş yanğın zamanı 15 nəfər hərbçi ölüb, 7 nəfər çoxsaylı yanıq xəsarətləri alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM