satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna ərazisinə kütləvi raket hücumu həyata keçirilir

Ukrayna ərazisinə kütləvi raket hücumu həyata keçirilir

Bu gün, yanvarın 26-da Rusiya Ukraynaya raketlərlə hücum edir. Ukrayna hərbçiləri artıq Rusiyanın ilk raketlərini vurub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak teleqram səhifəsində yazıb.

Yermak həmçinin əhalini hava hücumu siqnallarına məhəl qoymağa və sığınacaqlarda qalmağa çağırıb.

Eyni zamanda Ukrayna Müdafiə Nazirliyi əhalini hava hücumundan müdafiə qüvvələrinin işini şəbəkədə dərc etməməyə çağırıb, çünki bu, düşmənə kömək edir.

Qeyd edək ki, səhər saatlarından başlayaraq Rusiya ordusu tərəfindən Ukrayna ərazisinə kütləvi raket zərbələri endirilir. Bundan öncə isə yanvarın 26-na keçən gecədən başlayaraq İran istehsalı olan kamikadze dronlarının hücumu həyata keçirilib. Ukrayna ərazisinə atılan 24 kamikadze dronlarının hamısı zərərsizləşdirilib. Onlardan 15-i paytaxt Kiyev istiqamətində məhv edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM