satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda hərbi hissədə yanğınla bağlı briqada komandirinin müavini saxlanılıb

Ermənistanda hərbi hissədə yanğınla bağlı briqada komandirinin müavini saxlanılıb

Ermənistanın Qeqarkunik vilayətindəki hərbi hissənin binasında baş vermiş və 15 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı briqada komandirinin təminat üzrə müavini, polkovnik-leytenant Qor Aqekyan saxlanılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi sədrinin mətbuat katibi Qor Abramyan məlumat verib.

Qeyd olunub ki, Qor Aqekyanla bağlı istintaq araşdırması aparılır və o hazırda İstintaq Komitəsinin binasındadır.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan, Qeqarkunik vilayətinin Azat kəndində yerləşən N saylı hərbi hissədə baş vermiş yanğın zamanı 15 nəfər hərbçi ölüb, 7 nəfər çoxsaylı yanıq xəsarətləri alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM