satellite   Azerspace-1: 11135 H 30000

Almaniya tankları Ukraynaya martın sonunadək çatdırılacaq

Almaniya tankları Ukraynaya martın sonunadək çatdırılacaq

Almaniyanın müdafiə naziri Boris Pistorius Berlinin Ukraynaya vəd etdiyi “Leopard 2” tanklarının martın sonuna qədər Kiyevə təhvil veriləcəyini bildirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “FOCUS online” portalına istinadla xəbər verir ki, nazirin sözlərinə görə, hərbi texnikalar Kiyevə vaxtında tədarük olunacaq.

Almaniya hökuməti yanvarın 25-də Bundesverin ehtiyatlarından 14 ədəd “Leopard 2” tankının Ukraynaya göndəriləcəyini elan edib və digər ölkələrə də belə bir icazə verib. Bunun ardınca Norveç, Slovakiya, Böyük Britaniya, Polşa və Fransada analoji qərarlar qəbul olunub. ABŞ isə öz növbəsində Kiyevə 30 ədəd “Abrams” tankı göndərmək qərarına gəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM