Ukraynanın paytaxtı Kiyev şəhərinin hava məkanında Rusiyanın 20-yə yaxın müxtəlif tipli raketi qeydə alınıb. Bütün hədəflər hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyası məlumat yayıb.
Qeyd edilib ki, hazırda Kiyev şəhərinin infrastruktur obyektləri normal işləyir.
