Avropa Komissiyası (AK) Bolqarıstan və Slovakiyanı bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı qaydaları öz qanunvericiliyinə daxil etməməsi ilə əlaqədar məhkəməyə verib.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, müvafiq bildiriş AK-nın saytında yerləşdirilib.
Hər iki ölkə 2018-ci ildə bərpa olunan enerji direktivindən qaydaları yerli qanunlara köçürmədiyinə görə Avropa Ədalət Məhkəməsinə verilib.
Aİ-yə üzv dövlətlər 30 iyun 2021-ci ilə qədər öz ölkələrinin qanunlarına dəyişiklik etməli idilər, lakin Bolqarıstan və Slovakiya hələlik bu barədə tədbir görrməyib.
