satellite   Azerspace-1: 11135 H 30000

Rusiya ötən ilin oktyabrından bəri Ukraynaya 728 raket hücumu həyata keçirib

Rusiya ötən ilin oktyabrından bəri Ukraynaya 728 raket hücumu həyata keçirib

Rusiya ötən ilin oktyabrından bu il yanvarın 26-dək Ukrayna ərazisinə, təxminən, 728 raket buraxıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, məlumatı UNIAN yayıb.

Bildirilib ki, Rusiya Ukrayna ərazisinə 2022-ci il oktyabrın 10-11-də 111 raket, okyabrın 17-22-də 49, oktyabrın 31-də 50, noyabrın 15-17-də 120, noyabrın 23-də 70, dekabrın 5-də 70, dekabrın 16-da 76, dekabrın 29-31-də 89, 2023-cü il yanvarın 14-də 38, yanvarın 26-da isə 55 raket buraxıb.

Qeyd edilib ki, hesabat Ukrayna müdafiə qüvvələrinin gündəlik məlumatlarına əsasən hazırlanıb.

Xatırladaq ki, Rusiya Ukraynaya 2022-ci ilin payızından daha intensiv şəkildə raket hücumları həyata keçirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM