satellite   Azerspace-1: 11135 H 30000

Polşa Ukraynaya “Leopard 2”dən əlavə, 60 modernləşdirilmiş tank da göndərəcək

Polşa Ukraynaya “Leopard 2”dən əlavə, 60 modernləşdirilmiş tank da göndərəcək

Polşa Ukraynaya vəd etdiyi alman istehsalı olan 14 ədəd “Leopard 2” tankından əlavə, 60 tank da göndərəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Polşanın Baş naziri Kanada televiziyasına müsahibəsində bildirib.

“Hazırda biz 30-u “PT-91” olmaqla, 60 modernləşdirilmiş tankımızı da göndərməyə hazırıq”, - deyə Baş nazir Mateuş Moravetski əlavə edib.

Qeyd edək ki, “PT-91” Polşa istehsalı olan və 1990-cı illərdə istifadəyə verilmiş döyüş tankıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM