satellite   Azerspace-1: 11135 H 30000

Aİ Bosniya və Herseqovinadan Rusiya vətəndaşlarına viza tətbiqini tələb edib

Aİ Bosniya və Herseqovinadan Rusiya vətəndaşlarına viza tətbiqini tələb edib

Avropa İttifaqı (Aİ) ötən ilin dekabrında ittifaqa üzv olmaq üçün namizəd ölkə statusu verdiyi Bosniya və Herseqovinadan Rusiya vətəndaşlarına viza tətbiq olunmasını tələb edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Aİ-nin Bosniya və Herseqovina nümayəndəliyi Bosniya və Herseqovinadan namizəd statusu alan ölkə kimi ittifaqın xarici və təhlükəsizlik siyasəti, eləcə də viza tətbiqi prosedurlarına uyğun hərəkət etməsinin gözlənildiyini bildirib. Açıqlamada Avropa Şurasında dəfələrlə gündəmə gələn Rusiyaya qarşı sanksiyalara Bosniya və Herseqovinanın da qoşulmasının vacibliyi vurğulanıb. Həmçinin Bosniya və Herseqovinanın Rusiya vətəndaşlarına viza tətbiq etməsinin zəruriliyinin Avropa Komissiyasının son hesabatında da qeyd olunduğu bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM