satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Təhlükəsizlik Şurası: “Rusiya yeni hücuma hazırlaşır”

Ukrayna Təhlükəsizlik Şurası: “Rusiya yeni hücuma hazırlaşır”

“Rusiya fevralın 24-nə kimi Ukraynaya yeni hücuma hazırlaşır”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oleksiy Danilov deyib.

O bildirib ki, Rusiya müharibənin ildönümünə qədər müəyyən nailiyyətlər əldə etməyə çalışacaq: “Rusiya cəbhənin müxtəlif istiqamətlərində uğurlar əldə etməyə səy göstərəcək. Onların əsas məqsədi Luqansk və Donetsk vilayətlərinin sərhədlərinə çıxmaqdır. Qarşı tərəf artıq bir həftədir ki, Zaporojye istiqamətində yeni qoşun toplayır”.

O.Danilovun sözlərinə görə, Rusiyanın müharibədə qalib gəlmək şansı sıfırdır: “Bunu düşmən özü də bilir”.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi ötən il fevralın 24-də başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM