satellite   Azerspace-1: 11135 H 30000

G7 Rusiyanın dizel yanacağı üçün 100-110 dollar qiymət həddini dəstəkləyir

G7 Rusiyanın dizel yanacağı üçün 100-110 dollar qiymət həddini dəstəkləyir

G7 Avropa İttifaqı tərəfindən Rusiyanın dizel yanacağının bir bareli üçün müəyyənləşdirilən 100-110 dollar qiymət həddini dəstəkləyir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Bloomberg agentliyi bu barədə G7-də olan mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Avropa İttifaqı dizel yanacağının bareli üçün yuxarı qiymət həddini 100 dollar müəyyən etmək istəsə də, “yeddilik” limitin bir qədər yüksək olmasında israrlıdır. G7 ölkələri hesab edir ki, həddən artıq ucuz qiymət yanacağın qiymətində sıçrayışa və Avropa bazarında qıtlığa səbəb ola bilər.

Bu barədə müzakirələrin davam edəcəyi və fevralın əvvəlinə qədər sazişə nail olunacağı gözlənilir.

Yanvarın 27-də Londonun ICE birjasında dizel yanacağının bir barelinin qiyməti 125 dollar təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM