satellite   Azerspace-1: 11135 H 30000

Anatoli Lappo: "Ukrayna 17 min hərbçini Belarusla sərhəddə toplayıb"

Anatoli Lappo: "Ukrayna 17 min hərbçini Belarusla sərhəddə toplayıb"

Ukraynanın 17 min hərbi qulluqçusu Belarusla sərhəddə toplaşıb. Bu silahlılar təkcə sərhədçilərdən ibarət deyil, aralarında digər hərbi birləşmələrin üzvləri də var.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “interfax”a istinadla xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin rəhbəri Anatoli Lappo şənbə günü “Belarus-1” telekanalının efirində bildirib.

O qeyd edib ki, hazırda Belarusun dövlət sərhədinin mühafizəsində əsas səylər Ukrayna istiqamətinə yönəlib. Onun sözlərinə görə, ölkəsinə təhlükə yarandığı halda, Belarusda fövqəladə vəziyyətin yaranması istisna olunmur.

“Sərhəddə Ukraynanın mülki əhalisinə silah paylanılması, ərazidə daim uçan pilotsuz təyyarələr və sərhəd zonasının minalanmasını müşahidə edirik. Ukrayna tərəfi Belarusa gəlmək istəyən vətəndaşlarını sərhəddən buraxmır. Biz insanları qəbul etməyə hazırıq və onları əvvəllər də qəbul etmişik. Lakin Ukrayna tərəfi buna imkan vermir, - deyə A.Lappo qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM