satellite   Azerspace-1: 11135 H 30000

“Taliban” qızların təhsil almalarına qarşı qadağaları sərtləşdirir

“Taliban” qızların təhsil almalarına qarşı qadağaları sərtləşdirir

“Taliban” hökuməti Əfqanıstanda qızların ali məktəbdə təhsil almalarına qoyduğu qadağaları sərtləşdirir və onların universitetlərə qəbuluna mane olur.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Al-arabiya”ya istinadla xəbər verir ki, hökumətin Ali Təhsil Nazirliyi qeyd edilən mövzuda qaydaları pozan qurumların cəzalandırılacağını artıq təsdiqləyib.

Nazirlik ölkənin şimal əyalətlərində, o cümlədən Kabildə imtahanların fevralın sonuna planlaşdırıldığı haqda göstəriş verib.

“Taliban” ötən ilin dekabr ayında da universitetlərə qız tələbələrin daxil olmasına qarşı çıxmışdı.

Xatırladaq ki, qızların orta məktəblərdə oxumağı da ölkədə yasaqlanıb və məktəblərin əksəriyyəti bu səbəbdən bağlıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM