satellite   Azerspace-1: 11135 H 30000

İranda zəlzələdə yaralananların sayı 800 nəfəri ötüb

İranda zəlzələdə yaralananların sayı 800 nəfəri ötüb

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 800 nəfərə çatıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “İSNA” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ nəticəsində 3 nəfər ölüb, 816 sakin isə yaralanıb. Qızıl Aypara Cəmiyyəti lazım gələrsə, zəlzələdən zərər çəkmiş ərazilərə texnika və işçi qüvvəsi göndərməyə hazır olduğunu bildirib.

Bildirilib ki, şəhərə dəyən ziyanın qiymətləndirilməsi üçün əraziyə işçi qrupu cəlb edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM