satellite   Azerspace-1: 11135 H 30000

Bayraktar: "ABŞ-ın icazəsi olmadan F-35-lərin alıcıları onlardan istifadə edə bilməzlər"

Bayraktar: "ABŞ-ın icazəsi olmadan F-35-lərin alıcıları onlardan istifadə edə bilməzlər"

"ABŞ-ın icazəsi olmadan F-35 qırıcılarının alıcıları onlardan istifadə edə bilməzlər".

Naxçıvan televiziyası İnformasiya Agentliyi “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin "Baykar" şirkətinin idarə heyətinin rəhbəri Səlcuq Bayraktar bildirib.

“F-35-ləri alan ölkələrə və onların üzləşdiyi problemlərə baxın. Onlar ABŞ-ın icazəsi olmadan qırıcılardan təkbaşına istifadə edə bilməyəcək. Ölkənin suverenliyi yalnız öz texnologiyalarını inkişaf etdirdikdə mümkündür. Kənardan əldə edilən ən qabaqcıl texnika ölkə daxilində yaradılan ən bəsit vasat texnologiyadan qat-qat pisdir”, - Bayraktar deyib.

Bundan əvvəl ABŞ Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasına cavab olaraq Türkiyəni F-35 qırıcılarının tədarükü proqramından kənarlaşdırmışdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın digər qırıcıların - dördüncü nəsil F-16-ların alınması təklifini açıqlasa da, Konqresdə hələlik razılaşmanın əleyhdarları var. Ərdoğan, həmçinin bildirib ki, Ağ Ev Türkiyəyə F-16-ları satmağa hazırlaşır, lakin imtina ediləcəyi təqdirdə digər ölkələrə, o cümlədən Rusiyaya müraciət edə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM