satellite   Azerspace-1: 11135 H 30000

Ukraynanın Quru Qoşunları rekord sayda PUA qəbul edib

Ukraynanın Quru Qoşunları rekord sayda PUA qəbul edib

Ukraynanın Quru Qoşunları rekord sayda pilotsuz uçuş aparatı (PUA) qəbul edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, məlumatı “Ukraina seyças” yayıb.

Bildirilib ki, “Metinvest” Ukrayna Silahlı Qüvvələrinə ən populyar “DJI Mavic 3” dron təhvil verib. Məlumata görə, bunlar optika və naviqasiya baxımından müdafiə və əks-hücumlarda, atəşi tənzimləmək üçün istifadə olunur.

PUA-lar ukraynalı milyader Rinat Axmetovun "Polad cəbhə" hərbi təşəbbüsü çərçivəsində təqdim edilib. Quru Qoşunlarının kapitanı Andrey Redozubovun sözlərinə görə, bu PUA-lar Baxmut, Avdeyevka və Uqledarı müdafiə edən bölmələrə göndəriləcək.

İnformasiyaya əsasən, “Polad cəbhəsi” artıq 1 300-dən çox PUA-nı hərbçilərə təhvil verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM