satellite   Azerspace-1: 11135 H 30000

BMT Baş katibi Pakistanda baş vermiş terroru pisləyib

BMT Baş katibi Pakistanda baş vermiş terroru pisləyib

Pakistanda terror hücumunun məsciddə - ibadət yerində baş verməsi xüsusi ilə iyrənclik doğurur.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, bu fikirlər Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin sözçüsü Stefan Düjarrik tərəfindən yayılan məlumatda yer alıb.

Yazılı açıqlamada BMT Baş katibinin bu hücumu pislədiyi açıqlanıb, hadisə zamanı həlak olanların ailələrinə başsağlığı verilib.

Qeyd edək ki, dünən Pakistanın Pişəvər şəhərində günorta namazı zamanı məscidə terror hadisəsi baş verib. Hadisə zamanı içərilərində polis əməkdaşları olmaqla 60-yaxın şəxs həlak olub, 157 nəfər yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM