satellite   Azerspace-1: 11135 H 30000

Fransa qırıcı pilotları hazırlamaq üçün Ukraynanın müraciətinə baxır

Fransa qırıcı pilotları hazırlamaq üçün Ukraynanın müraciətinə baxır

Fransa qırıcı təyyarələr üçün pilotlar hazırlanması ilə bağlı Ukraynanın müraciətinə baxır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Politiko”ya istinadla xəbər verir ki, bu barədə Fransa müdafiə nazirinin köməkçisi Sebastyan Lekornu açıqlama verib.

Onun sözlərinə görə, Fransa və Ukraynanın müdafiə nazirləri bu həftə telefon danışığı zamanı qeydedilən mövzunu müzakirə etməlidirlər.

Əgər razılıq əldə olunarsa, ukraynalı pilotlar fransız qırıcılarında öyrənəcəklər.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Ukraynaya qırıcı təyyarələrin tədarükü ehtimalını istisna etməmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM