satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda silah alverçisi yenidən saxlanılıb

Ermənistanda silah alverçisi yenidən saxlanılıb

Ermənistanda iş adamı, silah alverçisi David Qalstyan saxlanılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.

D.Qalstyanın vəkili Armen Andrikyan məlumatı təsdiqləyib.

Vəkil deyib ki, Qalstyanın həbsi ilə bağlı məhkəməyə vəsatət verilib.

Onun nədə ittiham olunduğu açıqlanmayıb.

Xatırladaq ki, Qalstyan son iki-üç il ərzində dəfələrlə həbs edilib. Hazırda o və keçmiş müdafiə naziri David Tonoyan silah-sursat təchizatında sui-istifadədə ittiham olunurlar. Onların hər ikisi 2021-ci ilin sentyabrında həbs edilib, lakin Qalstyan 2022-ci ilin martında zaminə buraxılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM