satellite   Azerspace-1: 11135 H 30000

Aleksandar Vuçiç: Serbiyanın Türkiyəyə yardımları davam edəcək

Aleksandar Vuçiç: Serbiyanın Türkiyəyə yardımları davam edəcək

Serbiya zəlzələlərin fəsadlarının aradan qaldırılması üçün Türkiyəyə yardımlarını davam etdirəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

A.Vuçiç Türkiyənin Serbiyadakı səfirliyində olub, zəlzələlər nəticəsində çoxlu sayda insan tələfatı ilə əlaqədar başsağlığı verib.

Serbiya Prezidenti indiyədək Türkiyəyə edilən dəstəyin davamlı yardımların yalnız bir hissəsi olduğunu bildirib. O, Serbiyanın Türkiyəyə əlavə olaraq xüsusi axtarış-xilasetmə qruplarını göndərəcəyini qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM