satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanın keçmiş müdafiə naziri barəsində cinayət işi açılıb

Ermənistanın keçmiş müdafiə naziri barəsində cinayət işi açılıb

Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan barəsində cinayət işi açılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.

Məlumata görə, V.Sarkisyan nazir olduğu dövrdə hərbi qulluqçu olmayan və hərbi qeydiyyatda olmayan 29 nəfərə mənzil verib. Nəticədə dövlətə maddi ziyan dəyib.

Sabiq nazirin həbsi ilə bağlı məhkəməyə vəsatət verilib.

Xatırladaq ki, V. Sarkisyan 2016-2018-ci illərdə müdafiə naziri olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM