satellite   Azerspace-1: 11135 H 30000

İsrail İrana xəbərdarlıq edib

İsrail İrana xəbərdarlıq edib

İran humanitar yardım adı altında Suriyaya hərbi texnika və silah-sursat göndərsə, İsrail buna çox sərt cavab verəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “İranİnternational”a istinadən xəbər verir ki, bu barədə İsrailin hərbi mənbələri bildirib.

Qeyd olunub ki, əgər İran Suriyaya xilasetmə əməliyyatı adı altında hansısa hərbi yük göndərərsə, İsrail tərəddüt etmədən həmin karvana hücum edəcək.

Bildirilib ki, İranın Bəşər Əsəd rejimi və Livandakı “Hizbullah”a vəziyyətdən istifadə edərək hərbi texnika və silah-sursat göndərməyi planlaşdırdığına dair məlumatlar var.

İsrail mənbələrinin informasiyasına görə, İran Suriyaya humanitar yardım adı altında artıq bir neçə yük təyyarəsi göndərib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM