satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda hökumət binasının yaxınlığında atışma olub

Ermənistanda hökumət binasının yaxınlığında atışma olub

Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Respublika meydanında, hökumət binasının yaxınlığında atışma baş verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları yolsuzluq avtomobilini meydanda saxlamağa çalışıblar, bundan sonra silah səsləri eşidilib.

Yolsuzluq avtomobilinin sürücüsü təhlükəli manevrlər edərək polislərdən birini vurub.

Ermənistan polisi bildirib ki, fevralın 10-da saat 23:00 radələrində İrəvanın mərkəzində “Hummer” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtomobili hüquq-mühafizə orqanlarının əməkdaşları və vətəndaşlar istiqamətində idarə edib. 

Qeyd olunub ki, polis sürücünü dayandırmaq üçün avtomobilin təkərlərinə atəş açıb. Məlumata əsasən İrəvan polisi sürücünün şəxsiyyətini müəyyən edib və bununla bağlı müvafiq tədbirlər görülür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM