satellite   Azerspace-1: 11135 H 30000

Misirdə binanın çökməsi nəticəsində 4 nəfər həlak olub

Misirdə binanın çökməsi nəticəsində 4 nəfər həlak olub

Misirin Beheyra əyalətinin Dəmanhur şəhərində qaz borusunda baş verən partlayış zamanı yaşayış binasının çökməsi nəticəsində 4 nəfər həlak olub, 25 sakin yaralanıb. Həyatını itirənlər arasında azyaşlı da var.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, hadisə yerinə 18 təcili tibbi yardım briqadası cəlb olunub. Binanın dağıntıları altından çıxarılan yaralılar Dəmanhur xəstəxanasına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Beheyra əyalətinin prokurorluğu insidentlə bağlı təhqiqat aparır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM