satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti zəlzələ bölgəsinə gedib

Türkiyə Prezidenti zəlzələ bölgəsinə gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən zəlzələ bölgəsinə gedib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Prezident bu gün Esenboğa hava limanından Diyarbakıra yola düşüb. Onun həmçinin Şanlıurfaya da gedəcəyi gözlənilir.

Rəcəb Tayyib Ərdoğan fevralın 8-də Kahramanmaraş şəhər mərkəzində və Pazarcık rayonunda, Hatayda Adanada olub. Növbəti gün Qaziantep, Kilis və Osmaniye vilayətlərinə səfər edən dövlət başçısı dünən Adıyaman və Malatyaya gedərək zəlzələ bölgəsində aparılan işlərlə maraqlanıb, çadır şəhərciklərində sakinlərlə görüşüb, mövcud problemlərin həllinə dair müvafiq qurumlara tapşırıqlar verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM