satellite   Azerspace-1: 11135 H 30000

Çilili üzgüçü Antarktida sularında 2490 metr üzərək rekorda imza atıb

Çilili üzgüçü Antarktida sularında 2490 metr üzərək rekorda imza atıb

Çilili üzgüçü Barbara Ernandes Antarktidanın soyuq sularında 2490 metr məsafəyə üzən ilk insan olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, suyun temperaturunun 2,2 dərəcə olmasına baxmayaraq, 37 yaşlı qadın həmin məsafəni adi çimərlik geyimində üzüb. Onun məqsədi bu yolla diqqəti arktik suların qorunmasına cəlb etmək olub.

Barbara Ernandes uzun illərdir ki, Antarktidada üzməyi arzuladığını və qarşısına dünya okeanının bütün yeddi hissəsində üzmək hədəfi qoyduğunu deyib. Onun sözlərinə görə, Antarktidada üzmək fiziki cəhətdən çox çətindir, lakin arktik suların mühafizəsinin vacibliyini qərarlar verən insanlara çatdırmağa dəyər.

Atlantik və Sakit Okean arasında yerləşən Dreyk boğazında bir dəniz mili məsafəsini ən tez üzmək rekordu da Barbara Ernandesə məxsusdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM