satellite   Azerspace-1: 11135 H 30000

Qəzza zolağından İsrailə raket atılıb

Qəzza zolağından İsrailə raket atılıb

Şənbə günü axşam saatlarında Qəzza zolağından İsrailin cənubuna atılan raket “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “interfax.ru”ya istinadla xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Raket hücumu zamanı ölkənin cənubunda hava hücumundan müdafiə üçün xəbərdarlıq edən sirenalar səslənib.

Yerli sakinlərin sözlərinə görə, onlar güclü partlayış səsi eşidiblər və hava hücumundan müdafiə raketinin buraxıldığını görüblər.

İsrail müdafiə qüvvələri atılan yeganə raketin “Dəmir günbəz” sistemi tərəfindən vurulduğunu bildirib.

“Times of Israel”in məlumatına görə, hücumdan sonra yerdəki itki və dağıntılar barədə məlumat verilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM