satellite   Azerspace-1: 11135 H 30000

Yunanıstanın XİN başçısı: “Türkiyəyə dəstəyimiz yardımla bitməyəcək”

Yunanıstanın XİN başçısı: “Türkiyəyə dəstəyimiz yardımla bitməyəcək”

“Türkiyəyə dəstəyimiz yardımla bitməyəcək”

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Türkiyəyə səfər edən Yunanıstanın xarici işlər naziri Nikos Dendias bu fikirləri bildirib.

“Türkiyəyə dəstəyimiz yalnız zəlzələ ilə əlaqədar olmayacaq”, - o deyib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Hataya gedən nazir bildirib ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisdən aldığı göstəriş əsasında Türkiyəyə dəstəyini əsirgəməyəcək: “Həmkarım Cavuşoğlunun fikirlərinə mən də qoşuluram, Türkiyə ilə əməkdaşlığımızın düzəlməsi üçün üçün daha bir zəlzələ fəlakətinin baş verməsini gözləməməliyik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM