satellite   Azerspace-1: 11135 H 30000

ABŞ hərbçiləri Huron gölü üzərindəki obyekti vurublar

ABŞ hərbçiləri Huron gölü üzərindəki obyekti vurublar

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Cek Berqman bildirib ki, ABŞ Silahlı Qüvvələri Huron gölü üzərində aşkar edilən obyekti vurublar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, o, bu barədə öz tviter səhifəsində məlumat verib.

“ABŞ ordusu Huron gölü üzərində daha bir obyekti sıradan çıxarıb. Qətiyyətli hərəkətə görə pilotlarımıza təşəkkür edirəm” - deyə Berqman yazıb.

O, Pentaqonla mütəmadi olaraq əlaqə saxladığını vurğulayıb.

Qeyd edək ki, 11 fevral tarixində ABŞ Silahlı Qüvvələri ölkənin Alyaska ştatı yaxınlığında hava şarı vurublar. Uçan aparatın hansı ölkəyə məxsus olması hələlik məlum deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM