satellite   Azerspace-1: 11135 H 30000

Seyran Ohanyana qarşı ittiham irəli sürülüb

Seyran Ohanyana qarşı ittiham irəli sürülüb

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdəki “Ermənistan” fraksiyasının başçısı Seyran Ohanyana qarşı ittiham irəli sürülüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, S.Ohanyan külli miqdarda dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, israfçılıq yolu ilə xüsusilə külli miqdarda əmlak mənimsəməkdə ittiham olunur.

Qeyd edək ki, fevralın 8-də Ermənistan parlamenti Seyran Ohanyana qarşı cinayət işinin başlanmasına razılıq verib.

Xatırladaq ki, Seyran Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub. Hazırda müxalifət sayılan “Ermənistan” adlı parlament fraksiyasının başçısıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM