satellite   Azerspace-1: 11135 H 30000

Tornado ABŞ-nin 10 ştatında 450 min istehlakçını işıqsız qoyub

Tornado ABŞ-nin 10 ştatında 450 min istehlakçını işıqsız qoyub

Hava şəraitinin kəskin pisləşməsi ABŞ-nin mərkəzi hissəsində yerləşən on ştatda 450 min evi və müəssisəni elektriksiz qoyub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi CNN telekanalına istinadla xəbər verir ki, ən çətin vəziyyət 100 minə yaxın istehlakçının enerji təminatının kəsildiyi İndiana ştatında yaşanıb. Minnesota ştatında 84 min, Ohayo ştatında 60 min, Arkanzas və İllinoys ştatlarının hər birində isə 55 min nəfər işıqsız qalıb.

Bir müddət öncə ABŞ-nin bəzi ştatlarının onlarla tornadonun təsirinə məruz qaldığı barədə məlumatlar yayılıb. İllinoys, Arkanzas, Ayova, Viskonsin, Tennessi və Missisipi ştatlarında 50-dən çox tornado baş verib.

Təbii fəlakət regionda beş nəfərin həyatına son qoyub, onlarla insan yaralanıb, infrastruktura, yaşayış binalarına və avtomobillərə ciddi zərər vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM