satellite   Azerspace-1: 11135 H 30000

Monteneqroda prezident seçkilərinin ikinci turu keçirilir

Monteneqroda prezident seçkilərinin ikinci turu keçirilir

Aprelin 2-də Monteneqroda prezident seçkilərinin ikinci turu keçirilir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, martın 19-da keçirilən seçkilərin ilk turunda ən çox səs toplayan hazırkı Prezident Milo Cukanoviç və Avropa Hərəkatının rəhbəri Yakov Milatoviç ikinci turda mübarizə aparırlar.

Dövlət Seçki Komissiyasının məlumatına görə, 542 min 154 nəfər ölkə daxilində və xaricdə səsvermə hüququna malikdir.

61 yaşlı Milo Cukanoviç 1990-cı ildə çoxpartiyalı sistemə keçən Monteneqroda altı dəfə Baş nazir, iki dəfə (1997-2003 və 2018-2023-cü illər) prezident olub. Onun səlahiyyət müddəti mayın 19-da başa çatacaq.

Xatırladaq ki, prezident seçkilərinin ilk turunda seçici fəallığı 63,1 faiz olub, M.Cukanoviç səslərin 35,3 faizini, Y.Milatoviç isə 29,2 faizini toplayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM