satellite   Azerspace-1: 11135 H 30000

Sankt-Peterburqda kafedə partlayış törətməkdə şübhəli bilinən qız saxlanılıb

Sankt-Peterburqda kafedə partlayış törətməkdə şübhəli bilinən qız saxlanılıb

Sankt-Peterburqda kafedə partlayış törətməkdə şübhəli bilinən qız saxlanılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Sankt-Peterburqdakı kafeyə içində partlayıcı olan heykəlcik gətirən Darya Trepova saxlanılıb. Bu barədə Rusiya KİV-i hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla xəbər verirlər.

Xatırladaq ki, aprelin 2-də axşam saatlarında hərbi müxbir Vladlen Tatarski kimi tanınan Maksim Fominin yaradıcılıq gecəsi keçirilən kafedə partlayış törədilib. Nəticədə V.Tatarski həlak olub, 30 nəfər xəsarət alıb.

Ehtimal edilir ki, D.Trepova partlayıcı qurğu yerləşdirilmiş heykəlciyi kafeyə gətirib və onu V.Tatarskiyə təqdim edib. D.Trepova Rusiyanın Ukraynada hərbi əməliyyatlarının əleyhdarıdır, onun etiraz mitinqlərində iştirak etdiyi bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM