satellite   Azerspace-1: 11135 H 30000

Polşa Ukraynaya MiQ-29 qırıcı təyyarələri verib

Polşa Ukraynaya MiQ-29 qırıcı təyyarələri verib

Polşa Ukraynaya bir neçə MiQ-29 qırıcı təyyarəsini təhvil verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Polşa Prezidentinin beynəlxalq problemlər üzrə nümayəndəsi Marçin Pşidaç RMF radiostansiyasının efirində deyib.

İndiyə qədər Polşanın 28 ədəd MiQ-29 qırıcı təyyarəsi olub. Onlar Malbork şəhərindəki aviabazada saxlanılırdı. Varşava yaxın bir neçə il ərzində həmin təyyarələri daha müasirləri ilə əvəzləməyi planlaşdırırdı.

Martın 16-da Polşa Prezidenti Anjey Duda Kiyevin yaxın günlərdə Varşavadan ilk dörd qırıcı təyyarə alacağını bildirmişdi. Onun sözlərinə görə, hazırda servis xidməti keçən qalan təyyarələr də hazırlanaraq Kiyevə göndəriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM