satellite   Azerspace-1: 11135 H 30000

NATO ölkələri Ukraynaya 65 milyard avroluq silah göndərib

NATO ölkələri Ukraynaya 65 milyard avroluq silah göndərib

NATO ölkələri Ukraynaya 65 milyard avroluq silah göndərib və onlar hazırda çoxillik hərbi tədarüklər proqramını hazırlayır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Şimali Atlantika Bloku ölkələri xarici işlər nazirlərinin 4-5 aprel tarixlərində keçiriləcək iclası ərəfəsində Brüsseldə mətbuat konfransında deyib.

“Müttəfiqlər Kiyevə 65 milyard avroluq silah göndərib və mən müasir tankların və zirehli transportyorların Ukraynaya tədarükünü alqışlayıram. Biz, habelə Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsi və sovet silahlarının qərb silahları ilə əvəzlənməsi istiqamətində dəstəyimizi artırmaq yollarını müzakirə edəcəyik. Gözləyirəm ki, nazirlər Ukrayna üçün çoxillik proqramın inkişafı üzrə fəaliyyətləri razılaşdıracaq”, - deyə Yens Stoltenberq vurğulayıb.

Baş katibin sözlərinə görə, NATO-nun Kiyevə dəstəyi uzun vədəli perspektivə hesablanıb. O güman edir ki, davamlı dəstək döyüş meydanında vəziyyətin dəyişməsi, həmçinin Ukraynanın müdafiə olunması və ərazilərini azad etməsi ilə nəticələnəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM