satellite   Azerspace-1: 11135 H 30000

Odessaya İranın “Şahed” kamikadze dronları ilə hücum edilib

Odessaya İranın “Şahed” kamikadze dronları ilə hücum edilib

Aprelin 4-də gecə saatlarında Rusiya hərbçiləri İran istehsalı olan "Şahed-136/131" kamikadze dronlarından istifadə edərək cənubdan Odessa şəhəri və onun vilayətinə hücum edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri teleqram səhifəsində məlumat yayıb.

Bildirilir ki, Azov dənizinin şərq sahili ərazisindən ümumilikdə 17-yə qədər PUA buraxılışı qeydə alınıb. “Cənub” hava komandanlığının hava hücumundan müdafiə qüvvələri və vasitələri 14 dron məhv edib.

Lakin hava həyəcan siqnalları elan edilməmişdən öncə Odessa şəhəri və onun vilayətində partlayış səsləri eşidilib. Dağıntıların olduğu bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM