satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın ABŞ-dəki səfiri Dövlət Departamentinə çağırılıb

Rusiyanın ABŞ-dəki səfiri Dövlət Departamentinə çağırılıb

Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov Dövlət Departamentinə çağırılıb və “The Wall Street” qəzetinin müxbirinin həbsi ilə əlaqədar ona etiraz bildirilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, qəzetin Rusiya bürosunun müxbiri Evon Qerşkoviç Yekaterinburq şəhərində xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən həbs edilib və casusluqda ittiham olunub. Səfir Anatoli Antonovun nəzərinə çatdırılıb ki, müxbir Rusiyanın hərbi sənaye kompleksi barədə məxfi məlumatlar toplayaraq ABŞ-nin xüsusi xidmət orqanlarına ötürürmüş.

ABŞ Dövlət Departamentinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland isə səfirə bildirib ki, ABŞ vətəndaşı olan jurnalist qeyd-şərtsiz azad olunmalıdır.

Rusiya səfiri ABŞ-nin etirazını öz hökumətinə çatdıracağını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM