satellite   Azerspace-1: 11135 H 30000

Kreml İbrahim Kalının Rusiya Prezidenti ilə görüşdüyünü təsdiqləyib

Kreml İbrahim Kalının Rusiya Prezidenti ilə görüşdüyünü təsdiqləyib

Kremlin sözçüsü Dmitri Peskov Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalının Vladimir Putin ilə görüşdüyünü təsdiqləyib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında məlumat verib.

D.Peskov deyib ki, İ.Kalın Moskvada V.Putin ilə görüşüb və “Akkuyu” atom elektrik stansiyasına dair əməkdaşlıq məsələlərini müzakirə edib.

İbrahim Kalın ötən gün Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə görüşdüyünü və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın məktubunu ona çatdırdığını bildirmişdi. O, həmçinin V.Putinin də Türkiyə Prezidentinə məktub ünvanladığını deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM