satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna ABŞ-dan 2,5 milyard dollar qrant alacaq

Ukrayna ABŞ-dan 2,5 milyard dollar qrant alacaq

Ukraynanın maliyyə naziri Serqey Marçenko və Dünya Bankının Şərqi Avropa (Belarus, Moldova və Ukrayna) üzrə regional direktoru Arup Banerji Ukraynaya ABŞ-dan 2,5 milyard dollar məbləğində ikinci qrantın verilməsi haqqında saziş imzalayıblar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Birinci qrantın həcmi 1,25 milyard dollar təşkil edib. Vəsait Ukraynada dövlət büdcəsi xərclərinin qismən ödənilməsi üçün istifadə olunacaq. 2023-cü ildə Ukrayna bu layihə üçün artıq dörd qəbz alıb.

2023-cü ildə ABŞ-ın Ukraynaya ayırdığı qrantların məbləğinin 9,9 milyard dollar olacağı planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM