satellite   Azerspace-1: 11135 H 30000

Fransada 14 yaşlı yeniyetmə terror aktları hazırlamaqda şübhəli bilinərək saxlanılıb

Fransada 14 yaşlı yeniyetmə terror aktları hazırlamaqda şübhəli bilinərək saxlanılıb

Fransa xüsusi xidmət orqanlarının əməkdaşları terror aktları hazırlamaqda şübhəli bilinən 14 yaşlı yeniyetməni saxlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) respublikanın antiterror prokurorluğuna istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, “Yuxarı Reyn departamentində (ölkənin şimal-şərqində - red.) 14 yaşlı yeniyetmə saxlanılıb”. Hüquq-mühafizə orqanlarının məlumatına görə, “yeniyetmə terror aktları törətməyə hazırlaşırmış”.

Saxlanılan şəxsin üzərində “partlayıcı qurğuların hazırlanması üçün elementlər, həmçinin İŞİD-i təbliğ edən çoxlu sayda videolar aşkar edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM